Araik yaxın günlərdə Bakıya gətiriləcək - Polkovnik AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın Rusiya sülhməramlıları qarşısındakı şərtlərindən biri də o olub ki, separatçılar heç bir halda nə helikopterlə, nə də digər vasitələrlə Ermənistan ərazisinə keçməməlidirlər. Azərbaycan Xocalıdakı hava limanını o şərtlə ruslara vermişdi ki, sülhməramlılar oradan ancaq yaralıları və lazımi avadanlıqları aparıb-gətirsinlər".
Milli.Az bildirir ki, bu sözləri "Yenisabah.az"a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert Azərbaycan hərbçilərinin və xüsusi xidmət orqanlarının Qarabağın dağlıq hissəsinə daxil olmasından sonra bölgədə gizlənən separatçıların sonuncu aqibəti ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, sosial şəbəkələrin Azərbaycan seqmentində separatçı "lider"lərinin həbsi ilə bağlı fikirlər geniş vüsət alıb. İnsanlar həmin şəxslərin Ruben Vardanyan kimi Bakıya gətirilməsini tələb edir.
Öz növbəsində, Ü. Cəfərov əmindir ki, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan Rusiya sülhməramlı kontingentinin Xocalıdakı hərbi bazasında saxlanılır:
"Hələ bu azmış kimi, dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmən elan etdi ki, Ruben Vardanyan Rusiya vətəndaşıdır və Azərbaycan onun saxlanılması ilə bağlı məlumat verməlidir - hansı ki, 2 gün öncə bundan fərqli bəyanat vermişdilər. Görünən odur ki, Rusiyanın yavaş-yavaş "buynuzları" çıxır. Polkovnik Mixail Xodoryonokun aparıcı Olqa Skabayevanın "Şestdesyat minut" verilişində səsləndirdiyi fikirlərlə bağlı videoya baxsanız, görərsiniz ki, ruslar yenə öz əməllərindən əl çəkmir. Artıq Dmitri Peskovun özü də bunu rəsmən bəyan etdi".
Mütəxəssisin iddiasına görə, ruslar indi bəzi planlar hazırlayıblar ki, həmin separatçıları ya Rusiya, ya da bir başqa əraziyə keçirsinlər:
"Çünki bu gün Araik Arutyunyan İrəvana getsə, orada həbs oluna bilər. Eləcə də digər 2 nəfərlə bağlı da konkret qərarlar var ki, əgər onlar İrəvanda peyda olacaqlarsa, həbs olunacaqlar. Burada yeganə "salamat adam" Samvel Şahramanyandır və onunla bağlı hələlik heç bir qərar yoxdur. Baxmayaraq ki, sentyabrın 9-dakı qondarma "seçkilər"də Şahramanyan başından yekə bəyanatlar vermişdi, amma bundan başqa onun əlaqədar ciddi bir şey yoxdur".
"Lakin dediyim şəxslər hələlik Rusiya tərəfindən qərar qəbul edilənə qədər himayə olunur. Onsuz da Azərbaycan Araiki yaxın günlərdə qolubağlı Bakıya gətirəcək. Azərbaycanın qəti və dönməz şərtlərindən biri də Araikin həbs edilib Bakıya gətirilməsidir", - fikirlərini tamamlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
XƏBƏR LENTİ
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Tütün hər il 7 milyondan çox can alır
-
Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür
-
Stalinin şərabları ilk dəfə hərraca çıxarılacaq
-
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var
-
Goranboyda ağır QƏZA - Xəsarət alanlar var
-
"Taleyim belə gətirdi, peşman deyiləm"
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Evinizə bu heyvanları gətirin - Rahatlıq və xoş əhval qazanacaqsınız
-
Alçadan mürəbbə necə hazırlanır? - Ev şəraitində asan resept
-
Bunu etsəniz, işıq pulu az gələcək
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq





