Dünya

“Lan” qasırğası nəticəsində 20-dən çox insan xəsarət aldı

15 Avqust 2023 22:15
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada hazırda ölkənin qərbinə doğru hərəkət edən "Lan" qasırğası nəticəsində 20-dən çox insan xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yaponiyada 800-dən çox reys ləğv edilib, sürətli qatarların hərəkəti dayandırılıb.

Kioto və Osaka da daxil olmaqla qərb prefekturalarında 500 000-dən çox insan təxliyə üçün tövsiyə alıb. Pis hava şəraiti bölgədə bir çox idman və mədəniyyət tədbirlərinin, o cümlədən orta məktəblərdə beysbol üzrə çempionatların və konsertlərin ləğvinə səbəb olub.

Qasırğa Yaponiyanın İkinci Dünya müharibəsində təslim olduğunu elan etməsinin ildönümü münasibətilə matəm tədbirlərinin keçirilməsinə də təsir edib. Ən azı 10 qərb prefekturasının nümayəndələri Tokioda keçirilən mərasimdə iştirak edə bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.