Dünya

Rusiya Belarusu müharibəyə cəlb etməyə çalışır, NATO ilə gərginlik ehtimalı artır - KİV

12 Avqust 2023 09:31
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə çalışır. Bu isə NATO ilə gərginlik ehtimalını artırır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu hərbi ekspert Sin Bell Britaniyanın "Sky nyus" nəşrində dərc olunmuş təhlilində yazıb.

O bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko NATO ilə gərginliyi artırır:

"Vaqner" xüsusi hərbi təşkilatının ölkəsində yerləşməsi Lukaşenkonu daha da cəsarətləndirib. Lakin bu, Polşa ilə gərginliyin yaranması ilə nəticələndi. Belarus helikopterlərinin də sərhəd pozuntularında iştirak etdiyi barədə məlumatlar var. Bu hallar Belarusun NATO qonşuları ilə gərginliyini artıra bilər".

Qeyd olunub ki, Belarus liderinin bəzi cəsarətli addımları onu Rusiyada ən populyar liderə çevirib.

Qeyd edək ki, "Vaqner" iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra "Vaqner"çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri "Vaqner"in sərhəddə təxribat törədə biləcəyi barədə xəbərdarlıq ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.