Dünya

Skabeyeva Solovyovu təhqir etdi

23 İyun 2023 21:45
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı aparıcı Olqa Skabeyeva canlı yayımda həmkarı Vladimir Solovyovu təhqir edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə mediada məlumat yayılıb.

O, konkret ad çəkməsə də, Vladimir Solovyova işarə edərək, onu axmaq adlandırıb:

"Allaha şükürlər olsun ki, Londonda, Parisdə günü-gündən özünü axmaq vəziyyətə gətirənlərin, Vaşinqtonu və ya bütün ABŞ-ı bir anda məhv etməyi təklif edənlərin heç birinin Rusiya Təhlükəsizlik Şurası ilə əlaqəsi yoxdur. Allah qorusun!"

Qeyd edək ki, Solovyov dəfələrlə ABŞ və Avropa ölkələrinin müxtəlif silahlarla, hətta nüvə ilə vurulması üçün çağırış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.