Dünya

Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq - Strelkov

5 Aprel 2023 12:03
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukraynadakı mövqeyi acınacaqlıdır. Baxmut və Avdeyevka istiqamətlərində Rusiyanın hücumları uğursuzluqla nəticələnib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov deyib.

"Görünür, rus ordusunun qüvvələri, xeyli tükənib. Avdeyevka yaxınlığında bizim hücumumuz da bataqlığa düşdü, çox ağır itkilərə baxmayaraq, oranı mühasirəyə almaq mümkün olmadı. Ümumiyyətlə, qış hücumumuz tamamilə çökdü. İndi isə kənardan düşmənin gedişini gözləmək lazımdır. Məndən asılı olsaydı Soledar kimi Baxmuta qətiyyən basqın etməzdim. Ümumiyyətlə, bu hücum istiqamətini çıxılmaz nöqtə hesab edirəm", - o bildirib.

Strelkov vurğulayıb ki, Rusiya bu müharibədə Çinin köməyi olmadan qələbə qazana bilməyəcək:

"Rusiya NATO-ya qarşı müharibə apara bilməz, hətta Ukrayna NATO adına yalnız vuruşsa belə, alyansın silahları ilə vuruşur. Təəssüf ki, Rusiya 30 ildə bütün hərbi-sənaye potensialını itirib. Biz çox silah istehsal edə bilmirik. Bizdə elektronika istehsalı yoxdur. Biz heç özümüz rezin istehsal etmirik. Çinin genişmiqyaslı yardımı olmadan biz bu müharibəni uduzacağıq!"

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.