Dünya

Turist istirahət mərkəzinə gəldikdən bir gün sonra faciəvi şəkildə öldü

30 Oktyabr 2022 04:46
Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Kvinslend şəhərində ticarət mərkəzinin yaxınlığında gənc avtomobil sürücüsü 57 yaşlı britaniyalı turisti öldürüb.

Milli.Az bildirir ki, bu barədə Britaniyanın "The Daily Mail" tabloidi yazıb.

Qeyd olunub ki, faciəvi hadisə turistin məşhur kurortda ailəvi istirahəti zamanı baş verib. O, "Harbor Town" ticarət mərkəzinin yaxınlığında yolu keçərkən 19 yaşlı sürücü onu vurub. Yerli polis nümayəndələri bildiriblər ki, gənc dərhal maşından çıxaraq, həkimlər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərib. Lakin kişini xilas etmək mümkün olmayıb, o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

"Courier Mail"in məlumatına görə, səyahətçi Avstraliyanın Kvinslend şəhərinə çatdıqdan bir gün sonra dünyasını dəyişib. Ölümlə nəticələnən qəzanın britaniyalı ailənin gözü qarşısında baş verdiyi də bildirilib.

Hadisə ilə bağlı məhkəmə-tibb şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin şahidlərini, eləcə də videoregistrator və müşahidə kameralarından çəkilişləri təmin edə biləcək şəxsləri axtarırlar.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.