Dünya

“Pakistan dünyanın ən təhlükəli ölkərindən biridir”

16 Oktyabr 2022 18:04
Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Pakistan ölkədəki siyasi böhran fonunda nüvə silahına malik olduğu üçün dünyanın ən təhlükəli dövlətlərindən biri hesab olunmalıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.

Birləşmiş Ştatlar prezidenti əlavə edib ki, pakistanlılar arasında heç bir birlik yoxdur və bu məqamın özü də nüvə ölkəsi üçün çox təhlükəlidir.

Xatırladaq ki, Pakistanda davam edən siyasi və iqtisadi böhran fonunda dünya ictimaiyyəti ölkədə nüvə silahı ilə bağlı vəziyyətə daha çox diqqət yetirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.