Dünya

ABŞ və Çin arasında Ayda yer uğrunda münaqişə başlaya bilər

4 Sentyabr 2022 15:07
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və Çin arasında Yerdən kənarda toqquşmalar baş verə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb kosmik gəmilərini Ayın səthinə endirmək üçün yer seçməklə bağlı rəqabətdir.

Bu barədə Böyük Britaniyanın Nortumbriya Universitetinin kosmik hüquq və siyasət üzrə professoru Kristofer Nyuman xəbərdarlıq edib.

O, qeyd edib ki, Vaşinqton və Pekin Ayın səthinə öz kosmik gəmilərini endirmək üçün Yerin təbii peykinin cənub qütbünün eyni ərazilərini seçiblər. Bu ərazilərin su və digər resurslarla nisbətən zəngin olduğu bildirilir.  

"Ancaq onların hər ikisinin niyə eyni yerləri istədiklərini anlamaq çətin deyil. Bunlar resurslardan yerində istifadə etmək üçün Ayda ən yaxşı ərazilər hesab olunur. Bu, Yerdən kənarda resurslar üzərində ilk potensial münaqişə nöqtəsi ola bilər", - deyə Nyuman vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.