Dünya

Qazaxıstanda qasırğa vilayəti müharibə meydanına çevirdi - VİDEO

23 İyul 2022 15:37
0 Şərh     Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda güclü külək, leysan və dolu ilə müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində ağaclar və elektrik dirəklərində naqillər qırılıb, binaların damı uçub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ən ağır vəziyyət Pavlodar vilayətində müşahidə olunub. Burada qasırğa nəticəsində feldşer-ambulator məntəqənin və məktəbin damı dağılıb, bir neçə evə ciddi zərər dəyib. Sakinlərin sözlərinə görə, yaşayış məntəqəsi bir saat ərzində müharibədə bombalanan əraziyə oxşayıb.

Hadisə nəticəsində zərərçəkənin olmadığı bildirilir.

Sosial şəbəkələrdə təbii fəlakətin görüntüləri ilə bağlı kadrlar paylaşılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.