Dünya

Yeni növ koronavirus ABŞ-dakı laboratoriyalarda hazırlanıb? - Amerikalı tədqiqatçıdan şok

17 İyun 2022 11:15
0 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni növ koronavirusun (COVID-19) ABŞ-dakı laboratoriyalarda hazırlanması ehtimalı var.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyənin idarə edilməsi" mövzusunda paneldə Kolumbiya Universitetinin professoru Jeffrey Sachs bildirib.

Kolumbiya Universitetinin professoru çıxışında ilk dövrlər yeni növ koronavirusun təbii yolla ortaya çıxdığını düşündüyünü bildirib. Ancaq tədqiqatçı pandemiyanın sonunda bu virusun ABŞ-dakı laboratoriyadan sızma ehtimalının da ola biləcəyi qənaətinə gəlib.

"ABŞ və Çin indiyə qədər bu virusun mənşəyi ilə bağlı şəffaf olmayıb", - professor vurğulayıb.

Jeffrey Sachs Ümumdünya Səhiyyə Fondunun yaradılmasını da vacib sayıb: "Kasıb ölkələrin səhiyyə sistemlərini gücləndirməsi imkanları yoxdur. Bu sahədə onlara kömək lazımdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.