Dünya

“Bu, dünyadakı ən pis ideya idi” - Cennifer Lopez

9 İyun 2022 22:23
0 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-Yorkda "Tribeca" Film Festivalının açılışında Cennifer Lopezin Şakira ilə birgə çıxışına həsr olunan "Fasilə" sənədli filmi təqdim olunub.

Sənətçilərin duet ifası amerika futbolu üzrə superkubok oyununun fasiləsində baş tutub.

Ekran əsərində şou layihəsinin necə ərsəyə gəlməsi öz əksini tapıb. Kadrlarda CeyLonun baş verənlərdən məmnun olmadığı görülüb.

"Bu, dünyadakı ən pis ideya idi", - deyə Lopez Şakira ilə çıxışını dəyərləndirib.

İddialara görə, iki latın amerikalı ulduzun münasibətləri elə də yaxşı deyil. Deyilənlərə Lopez həmkarını Ben Affleklə gözlənilən toy mərasiminə də dəvət etmək niyyətində deyil.

Qeyd edək ki, sənədli filmin premyerası iyunun 14-də "Netflix"də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.