Dünya

Həzrəti Yusifin türbəsi dağıdıldı - FOTOlar

11 Aprel 2022 13:06
2 Şərh     Baxış: 4 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İordan çayının qərb sahilində Yusif peyğəmbərin türbəsinə hücum edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "The Jerusalem Post" yayıb.

İsrail tərəfi hadisənin fələstinlilər tərəfindən törədildiyini iddia edir. Bildirilir ki, hücum zamanı türbə ilə yanaşı, onun üzərindəki çılçıraq, kənarda olan su çəni də dağıdılıb. Hadisənin bu həftəsonu baş verdiyi qeyd olunub.

İsrail hökuməti türbəyə dəyən zərəri tez bir zamanda aradan qaldırmaq üçün hər cür səy göstərəcəyini bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.