Dünya

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

27 Mart 2022 21:41
0 Şərh     Baxış: 2 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
 
Digər bir qərara əsasən, "PCR" testindən keçmədən Gürcüstana qayıdan vətəndaşlar üçün özünütəcrid öhdəliyi də tətbiq edilməyəcək.

Qeyd edək ki, Gürcüstan bütün qonşu ölkələrlə quru sərhədlərini açıb. Türkiyə, Ermənistan və Rusiyaya müəyyən şərtlər əsasında getmək mümkündür, lakin Azərbaycana quru yolla getməyə hələlik icazə verilmir. Bu səbəbdən Gürcüstan və Azərbaycan vətəndaşları yalnız hava yolundan istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.