Dünya

Qara dənizin bir hissəsində balıq ovu yasaqlandı

26 Mart 2022 22:09
0 Şərh     Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Bosfor boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstan ilə Türkiyənin Kocaeli vilayətinin Kefken rayonu arasındakı bölgəsində gecə saatlarında hər cür balıq ovu qadağan edilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bölgədə balıqçılıq edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa bu gündən qüvvəyə minəcək və yeni elan verilənədək davam edəcək.

Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla, hər cür balıq ovu edən bütün balıqçılara şamil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.