Dünya

Müharibə başlayandan bəri Xarkovun 500-dən çox sakini qətlə yetirilib

16 Mart 2022 14:14
0 Şərh     Baxış: 2 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarkovda Rusiyanın Ukraynaya təcavüzünün qurbanı olan sakinlərin ilkin sayını açıqlayıblar.

Milli.Az UNİAN-a istinadən bildirir ki, Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, 500 nəfərdən çox Xarkov sakini həlak olub.

"Yalnız təsdiqlənmiş məlumatlara görə, Xarkovda müharibə başlayandan bəri rus əsgərləri 500-dən çox dinc sakini öldürüb, onlardan 88-i dağıntılar altından çıxarılıb. Axtarış işləri dayanmır", - məlumatda deyilir.

Şəhər Şurasının məlumatına görə, Xarkovda artıq 600-ə yaxın bina dağıdılıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.