Dünya

Qazaxıstanda hakimiyyətə kim gətirilməli idi? - Mənşəcə uyğur olan, 6 dil bilən general-mayor...

11 Yanvar 2022 17:24
Baxış: 1 101

Politoloq Elxan Şükürlü Qazaxıstandakı hadisələrin Qərbin "məxməri inqilab" ssenarisi olduğu fikrini bir daha müdafiə edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, politoloq iğtişaşların qərbyönümlü qüvvələrin bu ölkədə hakimiyyəti ələ keçirmək üçün təşkil etdiyi çevriliş cəhdi olması, qardaş Türkiyənin də bu səbəbdən məsələyə təmkinli reaksiya göstərdiyi mülahizəsinin təsdiqini tapmaqda olduğunu bildirib.

Politoloq bu gün keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə Qərbi hədəf almasını da sitat göstərib: "Qazaxıstanda "Maydan" texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır. Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik".

E.Şükürlü hazırda bir məsələnin - "rəngli inqilab"ın (çevriliş cəhdinin) hansı siyasi fiqurun hakimiyyətə gətirilməsi üzərində qurulduğunun aydınlaşdırılması gərəkdiyini deyib:

"Çox böyük ehtimalla, Qərbin çevrilişlə hakimiyyətə gətirmək istədiyi əsas siyasi fiqur kimi son hadisələrdə "vətənə xəyanət" ittihamıyla həbs edilən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimovun adı üzərində dayanılacaq.

Mənşəcə uyğur olan, 6 xarici dil bilən Kərim Məsimov əvvəllər Nazarbayevin köməkçisi, iki dəfə Qazaxıstanın baş naziri olub, Prezident Administrasiyasına, 2016-cı ildənsə Milli Təhlükəsizlik Komitəsinə başçılıq edib. İqtisad elmləri doktoru və general-mayordur. Qazaxıstandakı əsas döyüş idman növlərini - "Muay-tay" və "Tay-boks" idman federasiyalarını inkişaf etdirən əsas şəxs sayılır. Uzun müddətsə Qərb dairələrində ona Nazarbayevin siyasi varisi kimi baxılıb. ABŞ-da demokratların hakimiyyəti dövründə - 2015-ci ildə Dövlət katibi Kerri, republikaçıların dövründəsə 2019-cu ildə Pompeo ilə görüşləri olub.

Belə görünür ki, Qərb təsadüfən uyğur mənşəli Kərim Məsimovun adı üzərində durmayıb. Rusiya-Çin sərhəddində yerləşən Qazaxıstanda uyğur mənşəli şəxsin prezident olması ABŞ-a təkcə KTMT və Avrasiya İttifaqını dağıtmaqda, Rusiya-Türkiyə münasibətlərini pozmaqda yox, həm də Çinə qarşı əsas silahını - uyğurları ayağa qaldırmaqda çox böyük üstünlüklər vermiş olardı".

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics