Dünya

ABŞ Rusiyanı “görünməmiş” sanksiyalarla hədələyib

26 Dekabr 2021 23:39
0 Şərh     Baxış: 916
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"ABŞ Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı "görünməmiş" sanksiyalar tətbiq edə bilər".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezident Kamala Harris "CBS News" telekanalına müsahibəsində deyib.

"Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla bağlı müttəfiqlərimizlə işləyirik və əvvəllər görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildiririk", deyə Harris vurğulayıb.

Jurnalistin sanksiyaların konkret olaraq Vladimir Putinə qarşı olub-olmadığını soruşduqda, vitse-prezident birbaşa cavabdan yayınıb və qeyd edib ki, "konkret sanksiyalar" haqqında danışmaq niyyətində deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.