Dünya

Şarl Mişellə Paşinyan Cənubi Qafqazdan danışdılar

14 Dekabr 2021 21:43
0 Şərh     Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüssel görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan problemlərin həlli istiqamətində ardıcıl səylərinə görə Şarl Mişelə təşəkkür edib. Həmsöhbətlər dialoqun davam etdirilməsi və möhkəmləndirilməsi məqsədilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün planlaşdırılan üçtərəfli görüşünə toxunublar.

Görüş iştirakçıları sabitliyə və problemin hərtərəfli həllinə töhfə verəcək məhsuldar danışıqlara ümid etdiklərini bildiriblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.