Dünya

Kremldən Afinanın Türkiyə "narahatlığı"na gözəl cavab

12 Dekabr 2021 10:36
0 Şərh     Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

S-400 sistemləri hava hücumundan müdafiə vasitəsidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov yunan jurnalistin "Yunanıstanın Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən narahat olduğu" ilə bağlı sualına cavabında deyib.

"Dədəağac limanı vasitəsilə Yunanıstana daşınan silahlar isə müdafiə silahları deyil", - deyə Peskov bildirib.

Kreml sözçüsü ABŞ və NATO əsgərlərinin Yunanıstanda cəmləşməsi və alyansın hərbi texnikasının Dədəağac limanı vasitəsilə daşınmasının Rusiyada narahatlıq yaratdığını vurğulayıb.

Qeyd edək ki, NATO-nun 120 helikopter və 1000 hərbi texnikasının Dədəağac limanından istifadə etməklə alyansın şərq sərhədinə - Yunanıstan, Bolqarıstan və Rumıniyaya yerləşdirilməsi üçün irimiqyaslı hazırlıq getdiyi haqda məlumat yayılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.