Hava

Bu ərazimizə 13 sm qar yağdı

21 Mart 2025 09:42
Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Lənkəranda 47, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeron yarımadasında 11, Oğuzda 10, Qəbələ və Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan və Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Ağdamda 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 13, Şahdağda 9, Qusar (Laza), Qaxda (Sarıbaş) 3, Xınalıq, Xaltan və Qrızda 1 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.