Hava

Bu rayona dolu düşdü - VİDEO

1 İyun 2023 20:49
Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzun kəndlərinə yağan leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, saat 17 radələrindən başlayaraq bir saat ərazində Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb.

Rayonun mərkəzi və dağətəyi kəndlərə leysan yağıb. Rayonun dağətəyi kəndlərindən olan Baş Daşağıl və Xalxal kəndlərinə leysanla bərabər 10 dəqiqə müddətində qoz iriliyində dolu düşüb.

Yağan dolu və leysan nəticəsində hər iki kəndin sakinlərinin təsərrüfatlarına ciddi ziyan dəyib, bostan və tətəvəzlər yararsız hala düşüb. Kənddaxili yollardan qısamüddətli sel keçib, bəzi yollar yararsız hala düşüb.

Xalxal kənd orta məktəbinə gedən yolda çayın üstündəki kənddaxili piyada körpüsü qəzalı vəziyyətə düşüb. Hazırda rayonun müvafiq qrumları ərazidə leysan və dolu nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.