Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni nəsil Nissan Maxima sedan Nyu-York avtosalonunun ən gözlənilən yeniliklərindən idi. İstehsalçının hesab etdiyi kimi dörd qapılı idman avtomobili hamının marağını və diqqətini özünə çəkir. Bu isə səbəbsiz deyil. 2016-cı model ilinin Nissan Maxima sedanı gözlənildiyindən daha yaraşıqlı görünür.
Nissan Maxima 2016 sedanın daxili bər-bəzəyi heyrətamizdir. Avtomobilin interyeri dəbdəbəli maşınlar seqmentinin istənilən nümayəndəsi ilə rəqabət apara bilər.
Yeni nəsil Nissan Maxima sedanın rəsmi satışları 2015-ci ilin yayında başlayacaq. Avtomobil üç yeni SL, SR və Platinum modifikasiyaları da daxil olmaqla beş versiyada təklif ediləcək. Başlanğıc qiymət 32 410 dollar nəzərdə tutulub. Çox maraqlı bir fakt isə ondan ibarətdir ki, Nissan şirkətində yeni sedanın əsas rəqibi kimi Hyundai Genesis hesab edilir. Doğrudanmı yaponlar onların ciddi dəyişikliklıərə məruz qalmış maşınlarının dünya bazarında avropalı rəqibləri sıxışdıra biləcəyinə inanmırlar?
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Videonu izləmək üçün şəkilə klikləyin.