Türkiyə

PKK-nın təhlükəli terrorçusu zərərsizləşdirildi

25 Avqust 2024 18:19
Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, "Tekin Guyi" ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunur ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatının sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.

Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında "xidmət edib", 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində türk jandarmına qarşı, təhlükəsizlik qüvvələrinin 26 əməkdaşının həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.

PKK Türkiyəyə qarşı apardığı terror fəaliyyəti ərzində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.