Türkiyə

Türkiyədə AKP-dən olan bələdiyyə sədri döyüldü

25 May 2024 10:10
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Trabzon şəhərinin Tonya rayonunun bələdiyyə sədri Osman Beşel vəzifə yerində döyülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli "Tonyanın sözü" nəşri məlumat yayıb.

Bildirilib ki, Tonya bələdiyyəsində işləyən H.U. və H.K. adlı iki nəfər verilmiş tənbehə görə bələdiyyə sədri Beşelin otağına daxil olaraq onu döyüblər.

"Həmin şəxslər dava zamanı O.Beşelin üzünü və bədənini yumruqlamağa başlayıb. Səsə gələn bələdiyyənin digər əməkdaşları hücum edən şəxsləri ərazidən uzaqlaşdırıblar" - nəşr yazıb.

Məlumata görə, polis hücum edən şəxsləri saxlayıb.

Qeyd edək ki, Osman Beşel Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvüdür. O, son yerli seçkilərdə səslərin 43,04 faizini toplayaraq sözügedən rayonun bələdiyyə sədri seçilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.