Türkiyə

Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO

15 Aprel 2024 09:17
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya şəhərinin Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz funikulyor qəzası ilə əlaqədar həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti yazıb.

Antalyadakı funikulyor qəzası ilə əlaqədar keçirilən məhkəmədə Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz də daxil olmaqla beş nəfər həbs olunub, yeddi nəfər sərbəst buraxılıb.

Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kəpəz bələdiyyəsinə sədr seçilib. O həmçinin funikulyora cavabdeh "Anet" şirkətinin (bələdiyyəyə məxsusdur) idarə heyətinin sədri olub.

Xatırladaq ki, aprelin 13-də Antalyada baş vermiş funikulyor qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.