Türk ordusu bu əraziləri götürməlidir - General
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə mütləq şəkildə öz sərhədlərinin mühafizəsini təmin etməlidir. Bunun üçün Silahlı Qüvvələrimiz müəyyən əraziləri nəzarətə götürməlidir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a Türkiyənin Suriyanın şimalında quru əməliyyatı keçirmək niyyətinə ABŞ və Rusiyanın münasibəti haqqında danışan Türkiyə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin deyib.
Pekin ABŞ və Rusiyanın Türkiyəni itirmək istəmədiyini bildirib:
"Rusiya və ABŞ-ın Türkiyəni yanında görmək, YPG-ni isə əldən verməmək hədəfi var. ABŞ və Rusiya YPG terror təşkilatını bir-birilərinin nəzarətindən tam çıxarmaq, yalnız özlərinə tabe etmək üçün çalışır. Bölgədə belə bir oyun gedir.
Rusiya hazırda Ukraynada müharibədədir və iki cəbhədə vuruşmaq Moskva üçün ağır olduğundan, Tel-Rıfat, Menbiç kimi yerlərdə nəzarəti Əsəd rejiminə verdi. Digər tərəfdən ərazidə İran milisləri də var.
Başqa sözlə, Suriya rejimi ölkə ərazisində təhlükəsizliyi təmin edə bilmir. Rusiya cənab Ərdoğanın Əsədlə görüşməsinə çalışır. ABŞ isə geri çəkilərkən nəzarəti itirmək istəmir. Çünki həm İsrailin təhlükəsizlik məsələsi gündəmdədir, həm də Suriyadan İrana təzyiq vasitəsi kimi istifadə planı var. Türkiyə də öz milli mənfəətləri üçün sadaladığımız fürsətlərdən faydalanmaq istəyir. Dövlətimiz Suriyada bir quru hərəkatı planlaşdırır. Lakin bunun üçün, fikrimcə, Suriya ilə də anlaşmaq lazımdır. Əgər Türkiyə bölgə ölkələri ilə razılaşsa, ABŞ tək qalar.
ABŞ və Rusiya öz mənfəətlərinə uyğundur deyə, Türkiyənin quru hərəkatına başlaması halında sabitliyin pozulacağı, terrorun geri qayıdacağı haqqında açıqlama verirlər. Yəni əba altından sopa göstərirlər. Amma indi Vaşinqton və Moskva nə edəcəyini bilmir. Bu vəziyyət riskli olsa da, Türkiyə üçün bir fürsətdir".
General qeyd edib ki, quru əməliyyatı gerçəkləşdirilməzdən əvvəl kəşfiyyat fəaliyyəti və planlaşdırmaya xüsusi diqqət yetirmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsmail Kartal yoxa çıxdı
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
XƏBƏR LENTİ
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)





