İstanbul sakini Müzəffər Kayasan 14 aydır karantindədir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun indiyədək verdiyi 78 koronavirus testi müsbət çıxıb.
Şəhərin Sarıyer məhəlləsində yaşayan Müzəffər 2020-ci ilin noyabr ayında koronovirusa yoluxub. Xəstəxanada müalicə alan 56 yaşlı kişi evə buraxılsa da, testləri heç vaxt neqativ çıxmayıb.
Qeyd edək ki, Kayasan leykoz xəstəsidir. O, üç il əvvəl sümük iliyi transplantasiyası əməliyyatı keçirib.
Milli.Az