Bütün yarışlara ən vacib yarış kimi hazırlaşırıq - bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Tokio-2020 Olimpiya Oyunları çərçivəsində keçiriləcək bədii gimnastika üzrə yarışlarda bu dəfə həm fərdi, həm də qrup hərəkətləri proqramında təmsil olunacaq. Bu növ üzrə mümkün üç lisenziyadan ikisini qızlarımız 2019-cu ildə ölkəmizdə təşkil edilmiş dünya çempionatında qazandılar. Olimpiadada Zöhrə Ağamirova fərdi proqramda, qrup hərəkətləri komandası tərkibində isə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədova iştirak edəcəklər.
Trend-in Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, karyeralarının ən böyük yarışına böyük məsuliyyət və səylə çalışan qızlarımızın hazırlığı ilə bağlı bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva bildirib ki, komanda son hazırlıq mərhələsindədir:
"Həm Zöhrə, həm də qrup hərəkətləri komandasının Olimpiya Oyunları üçün hazırlığı plan üzrə gedir. Olimpiadanın bir il təxirə salınması səbəbi ilə qızları daimi olaraq formada saxlamaq psixoloji cəhətdən çox çətindir. Lakin bütün məşqçi heyəti, eləcə də gimnastlarımızın qayğısına qalan hər kəs sayəsində, düşünürəm ki, onlar hazırda yaxşı fiziki və psixoloji formadadırlar. Bizim artıq son yoxlama hazırlığımız qalıb. İyul ayının sonlarında biz artıq Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyanın Tokio şəhərinə yollanacağıq".
Eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü olan Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "əməkdar məşqçi" adına layiq görülmüş M.Vasileva onu da vurğulayıb ki, yarışda çıxış etmək və ölkə bayrağını daşımaq hər zaman çox məsuliyyətlidir: "Hər bir idmançı, məşqçi, ümumiyyətlə ölkəsini sevən hər bir şəxs təkcə Olimpiadaya deyil, bayrağını və gerbini qoruduğu bütün yarışlara ciddi və məsuliyyətlə yanaşır".
Baş məşqçinin sözlərinə görə Olimpiada idmançı üçün ən vacib yarışdır:
"Təbii ki, dörd ildən bir keçirilən Olimpiya Oyunlarında çıxış etmək daha məsuliyyətli bir vəzifədir. Biz bütün yarışlara ən vacib yarış kimi hazırlaşırıq. Mən həmişə qızlara deyirəm ki, onlar yarışa çox yaxşı hazırlaşmalıdırlar. Buna görə də çox çalışmaq lazımdır. Məhz məşq prosesinə çox ciddi yanaşmalıdırlar. Əlbəttə ki, özünü hazır hiss edəndə çıxışını da daha rahat yerinə yetirirsən. O zaman həyəcan da olacaq, etdiyindən daha yaxşısını bacarmaq istəyi də olacaq. Təkcə mənim, məşqçi heyətinin, federasiyanın deyil, eləcə də bütün ölkənin dəstəyini hiss edəndə çıxış etmək rahat olur və daha yaxşı nəticə əldə etmək istəyirsən. Bizim üçün yaxşı nəticə isə həmişə layiqli çıxış göstərməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
İsmail Kartal yoxa çıxdı
XƏBƏR LENTİ
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb





