İdman

Kriştiano Ronaldo Azərbaycan millisi ilə matçda rekorda imza atıb

25 Mart 2021 12:29
Baxış: 2 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriştiano Ronaldo Azərbaycan yığması ilə oyunda rekorda imza atıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib.

Belə ki, millidə 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.

Bununla da Ronaldo Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.