İdman

Millimizin üzvündən Çempionlar Liqasında baxımlı qol - VİDEO

4 Noyabr 2020 14:46
Baxış: 2 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Vüsalə Seyfəddinova Çempionlar Liqasında gözəl qola imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Türkiyənin "Qaziantep ALG Spor" klubunun heyətində ÇL-in ilkin təsnifat mərhələsində Albaniyanın "Vlazniya" komandasına qarşı oyunda fərqlənib.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb, əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Seyfəddinova komandasının ilk qolunun müəllifi olub.

Oyunun qalibi penalti seriyasında müəyyənləşib. Albaniya təmsilçisi daha dəqiq olaraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Vüsalə Seyfəddinova Türkiyə klubuna bu ilin oktyabrında Rusiya "Ryazan"ından keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.