İdman

MakKenni sağaldı

24 Oktyabr 2020 13:06
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Ueston MakKenni koronavirusdan sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçidən götürülən növbəti test nümunələrinin cavabları mənfi olub.

MakKeninin oktyabrın 14-də koronavirusa yoluxduğu açıqlanmışdı. Bundan əlavə Turin klubunda Kriştian Ronaldo və U-23 komandasının baş məşqçisi Lamberto Zaulidə COVİD-19 aşkarlanmışdı.

Qeyd edək ki, MakKenni "Yuventus"a avqust ayında "Şalke"dən icarəyə keçib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.