İdman

Neymar 100 milyon avrodan imtina etdi - "Barselona"ya görə

4 May 2020 17:39
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin futbolçusu Neymar "Barselona"ya keçmək üçün maaşının azaldılmasına hazırdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Kataloniya klubuna transferini sürətləndirmək üçün PSJ-nin yaxşılaşdırılmış şərtlərlə - 100 milyon avro mükafatla yeni müqavilə təklifini rədd edib.

Qeyd olunub ki, 28 yaşlı oyunçu "Barsa"ya qayıtmaq üçün maaşının 50 faizində imtina etməyə hazırdır. Nəşr yazıb ki, PSJ müqavilənin müddətini uzatmaq istəməyən  Neymarın qiymətini aşağı sala bilər.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.