İdman

Mbappe üçün iki seçim - "Real" və ya "Liverpul"

4 May 2020 10:44
0 Şərh     Baxış: 1 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin forvardı Kilian Mbappe gələcəyi ilə bağlı fikrini dəyişə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, fransalının Paris klubunda qalacağı bildirilsə də, komandadan ayrıla bilər.

Gənc futbolçunun PSJ ilə 2022-ci ilə qədər müqaviləsi var. Rəhbərlik Mbappeni daha bir il heyətdə saxlamaq istəyir. Bununla yanaşı, klub oyunçuyla yeni müqavilə imzalamağı düşünür. Yeni sözləşməyə əsasən, o, həftədə 600 min funt sterlinq qazanan Neymarla eyni maaşı alacaq.

Ancaq 20 yaşlı forvard "Real" və "Liverpul"un diqqət mərkəzindədir. Hər iki klub da israrla futbolçunun agenti ilə danışıqları davam etdirir. Bu səbəbdən də Mbappenin mövsüm sonunda Fransadan ayrıla biləcəyi bildirilir.

Qeyd edək ki, o, cari mövsüm 33 matçda 30 qol vurub, 17 asisst edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.