"Azərbaycan reallıqlarından, həqiqətən də, təsirləndim" - "Xəzər Lənkəran"ın sabiq futbolçusu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər Azərbaycanda futbolun səviyyəsi bir çox anlamda əhəmiyyətli dərəcədə yüksəlib. Çünki orada idmana böyük sərmayə qoyulur.
Milli.Az report-a istinadən xəbər verir ki bunu "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Adrian Pit "Match Program" nəşrinə açıqlamasında deyib. 36 yaşlı yarımmüdafiəçi Azərbaycan idmanının bütün sahələrində irəliləyişlərin olduğunu bildirib: "Orada son 7 ildə 7 yeni stadion tikilib. Onlar "Formula 1" üzrə Azərbaycan Qran Prisi təşkil edirlər. Bu, inkişafda olan ölkədir, kifayət qədər pulu var. Təsadüfi deyil ki, Azərbaycan komandaları Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynayırlar. Məsələn, "Qarabağ" 2017-ci ildə "Roma" ilə Çempionlar Liqasının oyununda üz-üzə gəldi. Bu komanda eyni baş məşqçinin rəhbərliyi altında 10 ildən çoxdur çıxış edir və tez-tez çempion olur. Azərbaycan reallıqlarından, həqiqətən də, təsirləndim".
Rumıniyalı oyunçu 2007 - 2010-cu illərdə müqavilə üzrə İtaliyanın "Roma" klubuna məxsus olub. O, paytaxt komandasında əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün yerli Piza və "Triestina" klublarına icarəyə verilib. 2010-cu ildə Pit vətəni Rumıniyanın "Universitatya" klubuna keçsə də, cəmi bir il sonra "Xəzər Lənkəran"a transfer olub. Lənkəran komandasında 3,5 il çıxış etdikdən sonra Rumıniya "Viitorul"una qayıdan təcrübəli futbolçu hazırda doğulduğu Arad şəhərinin komandasında çıxış etməsinin səbəbini belə izah edib: "Bu gün III Liqada sadəcə, qarın çıxarmamaq üçün oynayıram (gülür). Çünki artıq ailəmin yanındayam. Macarıstanla sərhəddəki doğma şəhərim Aradda yaşayıram. Yerli komandanın bir hissəsi sayılıram".
Qeyd edək ki, Adrian Pit "Xəzər Lənkəran"la 2010-2011 mövsümündə Azərbaycan Kubokunu qazanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır





