İdman

DÇ-2018: Ronaldoya şərik oldu

24 İyun 2018 13:26
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2018-də ikinci turun oyunları davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  bu gün G və F qruplarında keçirilən 3 matçla ikinci tura start edilib.

Belçika - Tunis görüşündə komandasının 5:2 hesablı qələbəsinə 2 qolla töhvə verən Romelu Lukaku bombardirlər yarışında zirvəyə şərik olub.

Belə ki, İspaniya ilə matçda het-trik edib, Mərakeşi də bir dəfə məyus edən Ronaldo bu matça qədər zirvədə tək idisə, Lukaku Panama ilə matçda  və son qarşılaşmada iki dəfə fərqlənməklə qollarının sayını 4-ə çatdırıb.

Qolçuların yarışında sonrakı yerlərdə hərəyə 3 qol vuran Dieqo Kosta (İspaniya) və Denis Çerışev (Rusiya) gəlir.

Qeyd edək ki, bu gün DÇ-2018-də daha 3 qarşılaşma baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.