Paytaxtda derbi, liderlərin ev sınağı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında XXIV turun görüşləri keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək.
Günün ilk qarşılaşması Sumqayıtda keçiriləcək. Avrokuboklar uğrunda mübarizə aparan "Neftçi" eyni arzudan hələ əl çəkməyən "Sumqayıt"ın qonağı olacaq. Son 4 turda xal üzünə həsrət qalan Samir Abasovun yetirmələri uğursuz seriyanı qırmaq əzmindədi. Bakılılar isə ardıcıl 3-cü qələbə üçün meydana çıxacaq. Elxan Abdullayevin yetirmələri avrokuboklara vəsiqə verən 4-cü pilləyə yaxınlaşmaq üçün mütləq səfər qələbəsi qazanmalıdı. Meydan sahibləri isə qələbə sayəsində rəqibini arxada qoymaq imkanına malikdir.
Turun ikinci oyununda "İnter" AZAL-ı qəbul edəcək. Cari mövsümdə rəqibinə xal verməyən Zaur Svanadzenin yetirmələri "abunəçi"si ilə görüşdə yenə favoritdi. 9 turdu qalib gəlməyən Tərlan Əhmədovun yetirmələri paytaxt derbisində qələbə qazanmasa, Premyer Liqa ilə indidən vidalaşacaq.
Çempionluq uğrunda mübarizə aparan "Qarabağ"la "Qəbələ" qiyabi dueli eyni vaxtda meydana çıxmaqla davam etdirəcək. Hər iki komanda ev oyununda qüvvəsini sınayacaq. Ağdamlılar "Kəpəz"i sınağa çəkəcək. Son iki matçda qələbə qazanan Şahin Diniyevin yetirmələri lideri büdrətməklə Premyer Liqadakı yerini qorumağa çalışacaq. Qurban Qurbanovun yetirmələri isə zirvədə qalmaq üçün 3 xal qazanmalıdır.
Ötən mövsümün mükafatçıları Qəbələdə qarşılaşacaq. Eyniadlı komanda "Zirə"ni qəbul edəcək. "Qarabağ"la xal fərqinin böyüməməsinə çalışan, ağdamlıların büdrəyəcəyi halda isə lider olacaq Roman Qriqorçukun yetirmələri qəsəbə klubunu itkisiz keçməyə iddialıdır. Ardıcıl 2 oyunda xal itirən əyalət klubu uğursuz seriyanı qırmasa, çempionluq yolunda böyük zərbə alacaq. Avrokuboklar üçün mübarizə aparan Ayxan Abbasovun komandası isə ardıcıl ikinci dəfə "Qəbələ"dən xal almaq niyyətindədi. Son iki turu itkisiz keçən zirəlilər səfərə də xal ardınca yollanıb.
Azərbaycan Premyer Liqası
XXIV tur
2 aprel (bazar)
16:30. "Sumqayıt" - "Neftçi"
İlk 3 dövrədəki oyunlar: 2:1, 2:0, 0:1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu
17:00. İnter" - AZAL
İlk 3 dövrədəki oyunlar: 3:1, 3:0, 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena"
18:30. "Qarabağ" - "Kəpəz"
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:0
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
18:30. "Qəbələ" - "Zirə"
İlk 3 dövrədəki oyunlar: 2:0, 1:0, 2:2
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
|
1 |
Qarabağ |
23 |
15 |
4 |
4 |
37-11 |
49 |
|
2 |
Qəbələ |
23 |
13 |
8 |
2 |
42-13 |
47 |
|
3 |
İnter |
23 |
10 |
9 |
4 |
33-23 |
39 |
|
4 |
Zirə |
23 |
8 |
6 |
9 |
20-23 |
30 |
|
5 |
Neftçi |
23 |
8 |
2 |
13 |
19-36 |
26 |
|
6 |
Sumqayıt |
23 |
6 |
7 |
10 |
20-30 |
25 |
|
7 |
Kəpəz |
23 |
5 |
9 |
9 |
16-24 |
24 |
|
8 |
AZAL |
23 |
1 |
7 |
15 |
10-37 |
10 |
Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır





