Lider Gəncə səfərində, "Qarabağ"ın çətin sınağı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tur iki gün davam edəcək.
İlk oyun günü paytaxt derbisi ilə başlayacaq. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Neftçi" və AZAL sonuncuların meydanında qarşılaşacaq. Qış fasiləsində güclənən "ağ-qaralar" son günlərdə transferlərlə diqqətləri cəlb edən "təyyarəçilər"i xalsız qoymağa çalışacaqlar. Tərlan Əhmədovun yetirmələri 5 oyunluq məğlubiyyət seriyasına son qoysa, "Kəpəz"lə xal fərqini azaldacaq. Elxan Abdullayevin komandası isə mövqeyini qorumaq üçün qalib gəlməlidir.
Çünki "Neftçi"nin irəliləməsi hələ mümkün deyil. Əvəzində "Sumqayıt"la "Zirə"nin oyununun nəticəsi "ağ-qaralar"la 5-ci yer arasında fərqi azalda bilər. Turnir cədvəlinin qonşuları isə Zirədə üz-üzə gələcəklər. İlk iki dövrədə rəqibinə xal verməyən Samir Abasovun yetirmələri 4-cü yeri qorumaq üçün xal əldə etməlidir. Ayxan Abbasovun komandası isə qələbə ilə irəliləmək imkanına malikdir.
İkinci oyun günü liderin matçı ilə başlayacaq. "Qəbələ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Roman Qriqorçukun yetirmələri ilk iki matçda məğlub etdikləri rəqiblə görüşün favoritidirlər. Amma çətin səfər sınağı "qırmızı-qaralar"a liderlik bahasına başa gələ bilər. Bu səbəbdən qəbələlilər mütləq qalib gəlməlidirlər. "Kəpəz" isə 6 oyunluq qələbə həsrətinə son qoymağı, ən azı 1 xal əldə etməyi düşünür. Şahin Diniyev hər dəfə üzləşdiyi istefa məsələsi ilə qarşı-qarşıya qoymamaq üçün yetirmələri lideri büdrətməlidirlər.
Tura Suraxanıda yekun vurulacaq. Mərkəzi oyunda ilk "üçlük"də qərarlaşan "Qarabağ"la "İnter" üz-üzə gələcək. Ötən mövsümün mükafatçılarının ilk iki duelində qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməlidirlər. "Qəbələ"yə məğlubiyyəti unutdurmaq üçün ağdamlılara 3 xal lazımdır. Bu, ən azı, liderlə xal fərqini qoruyacaq. Gəncədəki oyunun nəticəsi "Qarabağ"ın irəliləməsinə də səbəb ola bilər. "İnter" isə avrokuboklara doğru növbəti addımını çempionu büdrətməklə atacaq. Zaur Svanadzenin komandası qalib gəlsə, bürüncdən artığını qazanmaq gücündə olduğunu da göstərəcək. Bakılılar məğlub olsalar, 4-cü yerlə xal fərqi bir az da "ərimiş" olacaq.
Azərbaycan Premyer Liqası
XX tur
27 fevral (bazar ertəsi)
15:30. AZAL - "Neftçi"
Mövsümün ilk iki oyunu: 0:2, 1:0
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena
18:00. "Zirə" - "Sumqayıt"
Mövsümün ilk iki oyunu: 0:1, 0:1
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
28 fevral (çərşənbə axşamı)
15:00. "Kəpəz" - "Qəbələ"
Mövsümün ilk iki oyunu: 0:2, 1:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. "Qarabağ" - "İnter"
Mövsümün ilk iki oyunu: 1:2, 0:0
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Azərsun Arena"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda 7-ci sinif şagirdi özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır





