Qəbələdə çempionluq savaşı, Bakıda əbədi derbi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək tur maraqlı qarşılaşmalarla diqqət çəkir.
İlk görüşdə ötən mövsümün mükafatçıları üz-üzə gələcək. Paytaxt derbisində "İnter"lə "Zirə" qarşılaşacaq. 3-cü pillədə möhkəmlənən Zaur Svanadzenin yetirmələri cari mövsüm iki dəfə bərabərə qaldığı rəqibini yenməyə iddialıdı. Bu il meydanı qolsuz tərk etməyən "İnter" iki turdu qələbə həsrətində olan qəsəbə komandasının 4-cü yer arzusunun üstündən xətt çəkmək niyyətindədi. Ayxan Abbasovun komandası isə rəqibinə yaxınlaşmaq üçün 3 xal qazanmağa borcludu.
İlk oyunu günü Azərbaycan futbolunun ən köklü derbisi ilə başa çatacaq. İki ən zəngin tarixə malik komanda "Neftçi" və "Kəpəz" paytaxtda üz-üzə gələcək. Turnir cədvəlinin aşağılarında qonşu olan komandalar əbədi derbiyə fərqli durumda gəlib. Qış fasiləsində yenilənən Elxan Abdullayevin komandası ardıcıl 3-cü qələbəyə köklənib. Şahin Diniyevin başçılıq etdiyi qərblilər isə 5 matçlıq məğlubiyyət seriyasından sonra yuvarlandığı 7-ci pilləni tərk etmək üçün qalib gəlməlidi.
Turun ikinci gününə Sumqayıtda start veriləcək. Avrokuboklar uğrunda döyüşən "Sumqayıt" autsayderi sınağa çəkəcək. Bu il qələbəsi olmayan AZAL xal ehtiyatını artırmaq iddiası ilə səfərə yollanıb. Tərlan Əhmədovun yetirmələri 3-cü matçda da rəqibini büdrətmək əzmindədi. Samir Abasovun komandası isə ev oyununda qalib gəlib, "Neftçi" məğlubiyyətini unutdurmalıdı.
Həftəyə Qəbələdə yekun vurulacaq. Turun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gələcək. Son 3 mövsümün çempionu "Qarabağ" liderliyini qorumaq üçün "Qəbələ"yə uduzmamalıdı. Meydan sahibləri isə zirvəni ələ keçirmək üçün mütləq qalib gəlməlidi.
Hər iki komandanın itkilərlə çıxacağı matç çempionluq yolunda böyük önəm kəsb edir. Qurban Qurbanovun yetirmələri 3 oyunluq qələbə seriyasını davam etdirsə, 6 xallıq fərqlə qızıla daha da yaxınlaşacaq. Roman Qriqorçukun yetirmələri isə xal itkisi ilə işini çətinə salacaq.
Azərbaycan Premyer Liqası
XIX tur
18 fevral (şənbə)
15:30. "İnter" - "Zirə"
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1
"İnter Arena"
18:00. "Neftçi" - "Kəpəz"
İlk 2 dövrədəki oyunlar: 2:0, 0:2
8-ci km qəsəbə stadionu
19 fevral (bazar)
15:00. "Sumqayıt" - AZAL
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1
Sumqayıt. Şəhər stadionu
17:30. "Qəbələ" - "Qarabağ"
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
Qəbələ şəhər stadionu
|
1. |
Qarabağ |
18 |
13 |
3 |
2 |
32-8 |
42 |
|
2. |
Qəbələ |
18 |
11 |
6 |
1 |
36-10 |
39 |
|
3. |
İnter |
18 |
8 |
8 |
2 |
29-18 |
32 |
|
4. |
Sumqayıt |
18 |
5 |
7 |
6 |
19-23 |
22 |
|
5. |
Zirə |
18 |
6 |
4 |
8 |
16-20 |
22 |
|
6. |
Neftçi |
18 |
5 |
1 |
12 |
14-33 |
16 |
|
7. |
Kəpəz |
18 |
3 |
6 |
9 |
12-22 |
15 |
|
8. |
AZAL |
18 |
1 |
5 |
12 |
8-32 |
8 |
Bombardir: Filip Ozobiç ("Qəbələ") - 10.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda 7-ci sinif şagirdi özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır





