"Bu tibbi müayinə ilə futbolçuların fiziki formasını müqayisə etmək istəyirəm. İlk göstəricilər müsbətdir". APA-nın məlumatına görə, bunu yığmamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.
Almaniyalı mütəxəssis deyib ki, həftənin əvvəlində Frankfurt şəhərinə apardığı milli komandanın 4 günlük təlim-məşq toplanışı bu gün başa çatır. Bu, həm tibbi müayinə, həm də məşqlərdən ibarətdir. Foqtsun sözlərinə görə, tibbi müayinələr ildə 2 dəfə olacaq.
Alman həmkarlarımız Foqtsun sərəncamında olan 24 futbolçudan 17-nin 21 yaşadək istedadlı olmasını qeyd edirlər. Elə çalışdırıcımız da onların potensialının daha güclü klublarda oynamağa imkan verdiyini düşünür: "Sözsüz ki, 4 futbolçumuz Avropanın ən güclü liqalarından birində oynaya bilərlər. Mənim futbolçularım səfərdə hələ də ürəksizdir, cəsarətsizdirlər. Evdə isə onlar yetərincə inamlı oynayırlar. Bizim hələ evdə 4 oyunumuz var".
Həmkarlarımız Foqtsun bu sözlərinin təsdiqi kimi cari seçmə mərhələdə hər 3 səfər oyunumuzda uduzmağımızı, evdə Türkiyəni 1:0 hesabı ilə yendiyimizi, ötən seçmə mərhələdə Rusiya ilə Bakıda 1:1-lik bərabərliyi göstəriblər. Onlar futbol ölkəsi saymadıqları Azərbaycan yığmasının yalnız milli çempionatımızdan təşkil olunduğunu, FİFA-nın reytinqində 139-cu yerə kimi geriləməsinə də toxunublar.
Ancaq Foqts bundan yuxarıda olmağımızı xatırladıb: "FİFA-nın reytinqində 95-ci pillədə də olmuşuq. Biz ən yaxşı futbolçularımızın beynəlxalq təcrübəsi hesabına irəli getməliyik".
Alman həmkarlarımıza inansaq, Foqtsun millimizi Bakıya yola salaraq, vətənində qalacaq. O, mayın 12-də paytaxtımıza gəlib, çempionatın son mərhələsini və ölkə kubokunun finalını izləyəcək və milliyə namizədləri nəzərdən keçirəcək. Təcrübəli mütəxəssis mövsüm bitəndən sonra komandasının Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla səfər, Almaniya ilə ev oyununa hazırlığına başlayacaq.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Berti Foqts Azərbaycan futbolçularını cəsarətsizlikdə suçlayıb
21 Aprel 2011 16:40
Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəstələr üçün dərman təminatı genişləndirildi
-
Ölkədə 2 gündə geniş əməliyyat - 107 şübhəli şəxs həbs edildi
-
Partlamamış top mərmisi tapıldı
-
Arxivdə iki mindən çox UNO hadisəsi var imiş...
-
Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusunu təltif edib
-
Qəbul imtahanları bu tarixlərdə KEÇİRİLƏCƏK
-
Azərbaycanda Çin malları bahalaşa bilər
-
Zümrüdün Afaqa hədiyyəsi DİQQƏT ÇƏKDİ - FOTOlar
-
Əhaliyə ŞAD XƏBƏR: Bütün sosial ödənişlər ödənildi
-
İlber Ortaylının vəsiyyəti yerinə yetirildi
-
ABŞ-nin Bağdaddakı səfirliyinə PUA hücumu EDİLDİ
-
Dünənki buraxılış imtahanının doğru cavabları AÇIQLANDI
-
Bazarda rekord artım - Neft sürətlə qalxır
-
2026-cı ilin "Oskar" mükafatı qalibləri bəlli oldu
-
Devid Bekhemin 26 illik rekordunu YENİLƏDİ
-
80-ci illərin məşhur disklərində gizli sirr AŞKARLANDI
-
"6 yaşlı uşağa Aygün Kazımovanın mahnısını qulaq asdırmaq OLMAZ"
-
Bu həftə ölkədə 11 günlük tətil BAŞLAYIR
-
ASCO gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub
-
Paytaxtda ağır yol qəzası: Piyada dünyasını dəyişdi
-
Ayın 16-dan etibarən partlayış səsləri gələcək - XƏBƏRDARLIQ
-
Avro və rubl bahalaşdı? - Rəsmi məzənnə
-
Bakıda moped divara çırpıldı - Ölən var
-
Əməliyyat keçirən Murad Dadaşovdan yeni FOTO





