Çempionun formal oyunu, Masazırda avrokubok, Zirədə medal mübarizəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, eyni gündə keçiriləcək tura mərkəzi oyunla start veriləcək.
Mükafatlar uğrunda mübarizə aparan "Qəbələ" ilə "Zirə" sonuncuların meydanında qarşılaşacaq. İlk mövsümü gümüş medalla başa vurmağa yaxın olan debütant 2-ci yeri sona 3 tur qalmış da təmin edə bilər. Bunun üçün Adil Şükürovun yetirmələri qalib gəlməli və "Kəpəz"in xal itirməsinə ümid etməlidi. "Qəbələ" isə gümüşə nəzəri şansını saxlayıb, "üçlük" mübarizəsindən qopmamaq üçün mütləq qalib gəlməlidi.
Çünki əyalət klubunun 3-cü yer uğrunda mübarizədəki rəqibləri - "Kəpəz"lə "İnter"in turu 3 xalla başa vuracağı gözlənilir. Gəncəlilər "Xəzər Lənkəran", "İnter" isə "Rəvan"ın qonağı olacaq. Autsayderlərlə matçlarda xal itirməsi inandırıcı görünməyən mükafatlara iddialıların asan qələbə qazanacağı proqnozlaşdırılır.
"Bankirlər" bu qarşılaşmaya 3 oyunluq qələbə həsrətinə son qoymağa çıxacaqsa, "Rəvan" Premyer Liqada yerini qorumaq üçün son pillədən qurtulmalıdı. Lakin Bəhmən Həsənovun yetirmələri tarixi ərzində "İnter"dən xal ala bilmədiyindən bu vəzifənin öhdəsindən gəlmək asan olmayacaq.
Ardıcıl 3-cü qələbəsini qazanmağa iddialı "Kəpəz" 3-cü pillədəki yerini möhkəmlətmək, "Zirə"yə yaxınlaşmaq üçün Lənkərandan itkisiz dönməlidi. Artıq 21 turdu qələbə qazanmayan cənublular doğma azarkeşlər önündə seriyasını qırmalıdı.
Turun daha bir maraqlı görüşü Masazırda baş tutacaq. İlk dəfə Premyer Liqa matçını qəbul edəcək "Əlincə Arena" paytaxt təmsilçiləri "Neftçi" ilə AZAL arasında görüşə meydan olacaq. 6-cı yerin sahibi kimi avrokuboka vəsiqə qazanmağa çalışan komandaların duelində "ağ-qaralar" üçün qələbə daha önəmlidi. "Təyyarəçilər"lə 5 xallıq fərqi azaltmaq üçün Vəli Qasımovun yetirmələri 3 turluq qələbə həsrətinə son qoymalıdı. Tərlan Əhmədovun komandası isə qalib gəlsə, nəinki 6-cı yerə, hətta daha yüksək pillələrə iddiasını göstərəcək.
Günün ən az maraq kəsb edən matçı "İnter Arena"da keçiriləcək. "Sumqayıt"ı bu stadionda sınağa çəkəcək "Qarabağ" artıq çempion titulunu təmin etdiyindən matçın əhəmiyyəti sıfıra bərabərdi. Lakin Qurban Qurbanovun yetirmələri ardıcıl 10-cu qələbə ilə klub tarixinin yeni rekorduna imza ata bilər. Premyer Liqada yerini təmin edən, 7-ci pillədən çox uzaq düşən sumqayıtlılar 8-ci pillədə möhkəmləndiyindən qonalar üçün də qarşılaşmanın önəmi yoxdu. Elə görüşün formal xarakter daşıması üzündə AFFA-nın Hakimlər Komitəsi bu oyunu debütant Rövşən Rəcəbova tapşırıb.
Azərbaycan Premyer Liqası
XXXII tur
7 may (şənbə)
15:00. "Zirə" - "Qəbələ"
Mövsümün əvvəlki oyunları: 0:0, 1:0, 2:1
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu
16:00. "Xəzər Lənkəran" - "Kəpəz"
Mövsümün əvvəlki oyunları: 0:1, 0:1, 0:2
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu
17:00. "Rəvan" - "İnter"
Mövsümün əvvəlki oyunları: 0:2, 0:2, 1:3
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
"Bayıl Arena"
19:00. "Qarabağ" - "Sumqayıt"
Mövsümün əvvəlki oyunları: 0:1, 2:2, 2:0
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
"İnter Arena"
19:05. "Neftçi" - AZAL
Mövsümün əvvəlki oyunları: 1:2, 0:1, 1:1
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə
"Əlincə Arena"
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
32 |
23 |
6 |
3 |
59-19 |
75 |
|
2 |
Zirə |
32 |
17 |
9 |
6 |
39-24 |
60 |
|
3 |
Kəpəz |
32 |
14 |
10 |
8 |
42-35 |
52 |
|
4 |
Qəbələ |
32 |
13 |
11 |
8 |
38-26 |
50 |
|
5 |
İnter |
32 |
13 |
11 |
8 |
30-23 |
50 |
|
6 |
AZAL |
32 |
13 |
6 |
13 |
24-29 |
45 |
|
7 |
Neftçi |
32 |
10 |
10 |
12 |
31-35 |
40 |
|
8 |
Sumqayıt |
32 |
6 |
12 |
14 |
34-45 |
30 |
|
9 |
Xəzər L |
32 |
3 |
5 |
24 |
12-42 |
14 |
|
10 |
Rəvan |
32 |
4 |
8 |
20 |
22-53 |
14 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardir: Nelson Bonilla ("Zirə") - 14.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Modriçlə bağlı azarkeşlərə pis XƏBƏR
-
“Mən Almaniyada “Pəncərədən daş gəlir” mahnısını oxuyanda alman deyir ki, niyə erməni mahnısı İFA EDİRSƏN?"
-
"Ermənilər özləri buna qəara verməlidirlər"
-
Milyarderi zəhərləyərək öldürən şəxs edam edildi
-
II kurs tələbəsi vəfat etdi
-
79 yaşlı seysmoloq arvadından BOŞANIR
-
Süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdilər
-
Nəfəsin oriental rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Narkotik çəkən hunday sürücüsü TUTULDU - FOTO
-
Sabah dəniz havası olacaq
-
Bələdiyyə sədri Günay həbs olundu - FOTO
-
Bu binalarda evi olanlar UDDU
-
Nazir ilanı yalın əllə tutdu
-
DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
-
Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
-
Bakıda məşhur bazar BAĞLANDI: “Binə” və “Sədərək” isə…
-
"Real Madrid"də prezident seçkisinin tarixi ELAN OLUNDU
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
22 yaşlı bloqerin müəmmalı ÖLÜMÜ - FOTO
-
Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir
-
Polis əməkdaşlarına atəş açan şəxs zərərsizləşdirildi
-
Məmmədbağır Bağırzadənin oğlu efirdə hönkür-hönkür AĞLADI - VİDEO
-
Şuşada bayram namazı qılınıb - FOTO
-
Hoteldə 2 qadına xəsarət yetirib qızıllarını OĞURLADI - FOTO





