Zirədə çempionluq “savaş”ı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmalar iki gün ərzində baş tutacaq.
Bu tur Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Son 4 turu qızıl medal baxımından formallığa çevirə bilən matç Zirədə keçiriləcək.
Turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan "Qarabağ"la "Zirə" sonuncuların meydanında görüşəcək. Ardıcıl 3-cü dəfə çempion olmaq üçün Ağdam klubuna 1 xal da kifayət edir. Debütant isə intriqanı qoruyub, ən azı "Qızıl oyun"a şansını saxlamaq üçün tarixində ilk dəfə "Qarabağ" üzərində qələbə qazanmalıdı. Qurban Qurbanovun yetirmələri üçün isə qələbə uğurlu seriyanın davamı ola bilər. Çünki ağdamlılar son 8 turda xal itirməyib və 12 oyunda meydandan qolsuz ayrılmayıb. İndiyədək öz meydanında uduzmayan "Zirə" lideri də büdrətməyə çalışacaq. Adil Şükürovun komandası bununla da mükafatlardan birini rəsmiləşdirə bilər.
Turun son qarşılaşması olacaq mərkəzi oyunadək isə turun digər 4 matçı keçiriləcək. İlk matç günündə "Kəpəz" "Rəvan"ı, AZAL "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Avrokuboklara vəsiqə üçün mübarizə aparan meydan sahibləri autsayderlərlə görüşlərdə xal itirməməyə çalışacaq. 4 turdu qələbə həsrətində olan gəncəlilər bürünc arzusunu çətinə salmamaq üçün qalib gəlməlidi. AZAL isə turnir cədvəlindəki qonşularının üz-üzə gəlməsindən yararlanmaq üçün turu itkisiz keçməlidi. 20 matçlıq qələbə həsrəti yaşayan "Xəzər Lənkəran" və xal hesabında onlara çatan "Rəvan" isə Premyer Liqadakı yerini qorumaq üçün qiyabi mübarizədə üstünlük qazanmalıdı.
Turun ikinci günündə liderlərdən öncə "bürünc"ün daha iki iddiaçısı meydana çıxacaq. "İnter" və "Qəbələ" ev matçlarında xal hesabını artırmaq üçün "vuruşacaq". "Bankirlər" iddiası qalmayan "Sumqayıt", "Qəbələ" isə Avropa Liqası xəyalında olan "Neftçi" ilə üz-üzə gələcək. Maraqlıdı ki, hər iki dueldə eyni tendensiya müşahidə olunur. Cari mövsümdə evdə oynayan komandalar qalib ələ bilmir. "Bankirlər" bu uğursuz seriyanı qırmağa çalışacaq. Əyalət klubu isə son 8 gündə 3 dəfə qarşılaşmalı olduğu "ağ-qaralar"la 2-ci dueldə maksimum nəticəyə iddialıdı. Təbii ki, hakim qalmaqalı ilə diqqət çəkən kubok görüşündən sonra "Neftçi" də səfərdə uğurlu nəticəyə imza atmağa avrokubok şansını artırmaq əzmindədi.
Azərbaycan Premyer Liqası
XXXII tur
30 aprel (şənbə)
15:00. "Kəpəz" - "Rəvan"
Mövsümün əvvəlki oyunları: 2:0, 0:0, 3:1
Gəncə şəhər stadionu
17:30. AZAL - "Xəzər Lənkəran"
Mövsümün əvvəlki oyunları: 1:3, 1:0, 1:0
"AZAL Arena"
1 may (bazar)
16:00. "İnter" - "Sumqayıt"
Mövsümün əvvəlki oyunları: 1:1, 2:3, 1:0
"İnter Arena"
16:30. "Qəbələ" - "Neftçi"
Mövsümün əvvəlki oyunları: 1:0, 0:1, 2:1
Qəbələ şəhər stadionu
19:00. "Zirə" - "Qarabağ"
Mövsümün əvvəlki oyunları: 1:4, 0:0, 0:2
Zirə İdman Kompleksinin stadionu
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
31 |
22 |
6 |
3 |
57-19 |
72 |
|
2 |
Zirə |
31 |
17 |
9 |
5 |
39-22 |
60 |
|
3 |
İnter |
31 |
13 |
10 |
8 |
28-21 |
49 |
|
4 |
Kəpəz |
31 |
13 |
10 |
8 |
39-33 |
49 |
|
5 |
Qəbələ |
31 |
13 |
10 |
8 |
36-24 |
49 |
|
6 |
AZAL |
31 |
12 |
6 |
13 |
23-29 |
42 |
|
7 |
Neftçi |
31 |
10 |
9 |
12 |
29-33 |
39 |
|
8 |
Sumqayıt |
31 |
6 |
11 |
14 |
32-43 |
29 |
|
9 |
Xəzər L |
31 |
3 |
5 |
23 |
12-41 |
14 |
|
10 |
Rəvan |
31 |
4 |
8 |
19 |
20-50 |
14 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardir: Nelson Bonilla ("Zirə") - 14
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Rahim Sterlinq həbs oluna bilər
XƏBƏR LENTİ
-
Oğlu Kamran Ağabalayevi sevindirdi - (Foto)
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
"Polat Alemdar" oğulları ilə fotolarını yaydı
-
Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanın bank sektorunda artım - Aktivlər 9,5% yüksəldi
-
“iPhone 18” bu rənglərdə olacaq - (Foto)
-
Şabranda ağır qəza: Ölən var
-
Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi
-
Aysel başına gələn hadisəni danışdı: “Bəzi kişilər, niyə beləsiniz?” - (Video)
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə
-
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı





