Gəncədə üçüncülük savaşı, "Neftçi" çempion qarşısında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, üç gün davam edəcək turun ilk qarşılaşması Qəbələdə baş tutacaq.
Mükafatlar uğrunda mübarizə aparan "Qəbələ" 5 oyunluq qələbə həsrətinə autsayderlə qarşılaşmada son qoymalıdı. "Rəvan"ı mövsümün ilk ev oyununda məğlub edə bilməyən əyalət klubu 3 xal qazansa, ən azı 1 günlük 4-cü pilləyə yüksələcək. Son 4 səfərdən xalsız ayrılan bakılılar "Xəzər Lənkəran"a çatmaq üçün sensasiyaya imza atmalıdı.
Turun iki ən maraqlı qarşılaşması ikinci oyun gününə təsadüf edəcək. Əvvəl meydana medallara iddialı "Kəpəz"lə "İnter" çıxacaq. Ardıcıl iki tur darmadağınla üzləşən meydan sahibləri rəqibinə çatıb, 3-cü yer iddiasını davam etdirmək üçün qalib gəlməyə borcludu. Amma ardıcıl 4 oyunda "bankirlər"in qapısına yol tapmayan gəncəlilər sindromu qırmalıdı. Zaur Svanadzenin yetirmələri isə səfərdəki məğlubiyyətsizlik seriyasını 5-ə çatdırmaqla yanaşı, "Zirə" ilə xal fərqini də azaltmağa iddialıdı.
Ölkə çempionatlarının daimi iştirakçıları "Neftçi" ilə "Qarabağ" arasında görüşdə prinsipiallıq qalsa da, əvvəlki illərdəki qədər maraq kəsb etmir. Buna səbəb komandaların fərqli durumlarda olmasıdı. Ardıcıl 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri çempionluğun astanasındadı. Son iki ilin çempionu olan ağdamlılar 1 xal qazansa, mükafatçılar sırasında yerini təmin edəcək. Əgər "İnter" xal itirsə, "Qarabağ" ilk iki pillədən birini rəsmiləşdirəcək. "Neftçi" isə avrokuboklara vəsiqə verə biləcək 6-cı yer uğrunda mübarizədə AZAL-ı qabaqlamaq üçün lideri büdrətməlidi.
Cari mövsüm evdə uduzmayan "Zirə" keçirdiyi hər 3 matçda məğlub etdiyi "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Son iki turda qalib gələn debütant 2-ci pillədəki mövqeyini möhkəmlətmək niyyətindədi. Son 6 turda uduzan Lənkəran klubu 18 matçlıq qələbə həsrətini son qoyub, autsayderdən uzaqlaşmaq haqda düşünür. Turun son görüşündə AZAL "Sumqayit"ı sınağa çəkəcək. Öz meydanında 12 turdu uduzmayan "təyyarəçilər" avrokuboklara vəsiqə qazanmaq üçün vacib olan 3 xala köklənib. "Sumqayıt" üçün isə qələbə Premyer Liqadakı yerini təmin etməklə nəticələnəcək. "Rəvan" turun ilk qarşılaşmasında uduzsa, "Gənclik şəhəri" meydana çıxmadan da bunu rəsmiləşdirəcək.
XXX tur
15 aprel (cümə)
16:00. "Qəbələ" - "Rəvan"
Mövsümün əvvəlki oyunları: 3:0, 1:1, 1:0
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
16 aprel (şənbə)
13:30. "Kəpəz" - "İnter"
Mövsümün əvvəlki oyunları: 0:1, 0:0, 0:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
16:00. "Neftçi" - "Qarabağ"
Mövsümün əvvəlki oyunları: 1:1, 1:0, 0:2
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
8-ci km qəsəbə stadionu
17 aprel (bazar)
16:30. "Zirə" - "Xəzər Lənkəran"
Mövsümün əvvəlki oyunları: 1:0, 1:0, 2:0
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu
19:00. AZAL - "Sumqayıt"
Mövsümün əvvəlki oyunları: 1:1, 2:0, 0:2
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Gülağa Cabbarov
"AZAL Arena"
Bombardir: Nelson Bonilla ("Zirə") - 13
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Rahim Sterlinq həbs oluna bilər
XƏBƏR LENTİ
-
Oğlu Kamran Ağabalayevi sevindirdi - (Foto)
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
"Polat Alemdar" oğulları ilə fotolarını yaydı
-
Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanın bank sektorunda artım - Aktivlər 9,5% yüksəldi
-
“iPhone 18” bu rənglərdə olacaq - (Foto)
-
Şabranda ağır qəza: Ölən var
-
Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi
-
Aysel başına gələn hadisəni danışdı: “Bəzi kişilər, niyə beləsiniz?” - (Video)
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə
-
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı





