Dövrənin ilk turu: Liderin Lənkəran sınağı, "Qəbələ" "İnter"ə qarşı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sonuncu dövrə XXVIII turun qarşılaşmaları ilə başlayacaq.
Oyunları eyni gündə baş tutacaq turun ilk qarşılaşması Bakıda keçiriləcək. Mükafatlara iddialıların duelində AZAL "Kəpəz"i sınağa çəkəcək. Son 5 matçdan qolsuz ayrılmayan meydan sahibləri "üçlüy"ə düşmək şanslarına zərbə almamaq üçün 3 xal qazanmalıdı. Gəncəlilər isə indiki mövqeyini qorumaq, 2-cu pilləyə yaxınlaşmaq əzmindədi. Bunun üçün qərblilər qələbə seriyasını 5-ə çatdırmalıdı.
İkinci pillənin sahibi "Zirə" isə "Sumqayıt"ı qəbul edəcək. 8-ci pillədəki mövqeyi dəyişməz görünən qonaqlarla görüşə 3 xal üçün çıxacaq Adil Şükürovun yetirmələri lideri sonadək izləmək üçün yenə qalib gəlməlidi. Evdə uduzmayan zirəlilər seriyasını davam etdirməyə çalışacaq. Ardıcıl 2 qələbə qazanan sumqayıtlılar isə seriyasını 3-ə çatdırıb, "Neftçi"yə yaxınlaşmaq istəyindədi
Çempionatın lideri "Qarabağ" isə "Xəzər Lənkəran"ın qonağı olacaq. Matçın favoriti sayılan ağdamlılar ardıcıl 5-ci qələbəsini qazansa, çempionluğa daha da yaxınlaşacaq. Lənkəranlılar isə 16 matçlıq qələbə həsrətinə son qoymaqla lideri büdrətmək arzusundadl. Amma cənublulara qonaqların 8 oyunluq qol seriyasını da qırmaq lazımdı.
Turun yeganə paytaxt derbisində "Rəvan" "Neftçi"ni sınağa çəkəcək. 14 oyundu qələbə həsrətində olan autsayderlə matçlarda çətinlik çəkən "ağ-qaralar" medallara cüzi şanslarını daha da çətinə salmamaq üçün turu itkisiz keçməlidi.
Günün mərkəzi oyunu Qəbələdə baş tutacaq. Ötən mövsümün mükafatçıları "Qəbələ" və "İnter" növbəti duelinə çıxacaq. İlk "beşlik"də qərarlaşan rəqiblər medal arzusunu gerçəkləşdirmək üçün qalib gəlməlidi. Ardıcıl 3 məğlubiyyət alan meydan sahibləri üçün 3 xal daha vacibdi. Çünki uğursuzluq mükafatçılar sırasına düşmək şansını daha da azaltmış olacaq. Bakılılar isə ən azı mövqeyini qorumaq üçün uduzmamalıdı.
Azərbaycan Premyer Liqası
XXVIII tur
3 aprel (bazar)
15:00. AZAL - "Kəpəz"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Mövsümün əvvəlki 3 qarşılaşması: 0:1, 1:1, 0:2
"AZAL Arena"
16:00. "Zirə" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Mövsümün əvvəlki 3 qarşılaşması: 0:0, 3:2, 2:0
Zirə İdman Kompleksinin stadionu
16:00. "Xəzər Lənkəran" - "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Fazil Mürşüdov
Mövsümün əvvəlki 3 qarşılaşması: 0:1, 0:1, 0:3
"Xəzər Lənkəran" mərkəzi stadionu
17:00. "Rəvan" - "Neftçi"
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov
Mövsümün əvvəlki 3 qarşılaşması: 1:3, 3:2, 1:1
"Bayıl Arena"
19:00. "Qəbələ" - "İnter"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Mövsümün əvvəlki 3 qarşılaşması: 1:2, 1:1, 1:0
Qəbələ şəhər stadionu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda 7-ci sinif şagirdi özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır





