"Yaxşı komandaya qarşı oynayacağıq. Ağır oyun bizi gözləyir. "Sent-Etyen" güclü, komplektləşmiş komandadır. Rəqibin iki oyunçusu istisna olmaqla, hamısı hazırdır. Qrupda 4 xal toplayan hər üç komandanın 1/16 finala yüksəlmək şansı var".
Qol.az-ın məlumatına görə, bu sözləri dünən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə bugünkü matç öncəsi keçirilən mətbuat konfransında deyib.
- Matçda Bakıdakından fərqli oyun sərgiləyəcəyinizi gözləyirsiniz?
- Üstünlük rəqibdədir. "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq.
- Legionerlərin oynamamağı sizin manevr imkanınızı azalda bilərmi?
- Düzgün qeyd etdiyiniz kimi, futbolçuların hər biri önəmlidir. Təəssüf ki, legioner futbolçuların bəziləri zədəlidirlər. Əlimdə seçim imkanı azdır. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edirlər və uğur üçün əllərindən gələni edəcəklər.
- Zədəli oyunçularınız tez-tez olur. Sizə qarşı kobud oynayırlar, yoxsa hazırlıq prosesində nəsə problem olub?
- Zədədən heç kim sığortalanmayıb. Hazırlıqla bağlı problem olmayıb. Müasir futbol çoxlu sürət tələb edir. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdur. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaqlar. Amma buna baxmayaraq, matç rahat olacaq. Çünki rəqibi tanıyırıq və daha yaxşı oynamağa çalışacağıq.
- Bugünkü "Sent-Etyen"i necə qiymətləndirirsiniz?
- "Sent-Etyen"ə hörmətlə yanaşırıq. Dediyimiz kimi, komplektləşmiş komandadır. Bütün işi komanda şəklində görürlər. "Sent-Etyen" hər bir komanda üçün çətin rəqibdir. Fransa çempionatında liderlə xal fərqinin az olması "Sent-Etyen"in gücünü göstərir. Rəqib məşqçinin əlində futbolçularla bağlı seçim imkanı çoxdur. Düşünürəm ki, maraqlı oyun olacaq.
- Sabakı nəticə dönmə nöqtəsi ola bilər. "Sent-Etyen" qrupda bütün oyunlarda heç-heçə edib. Bu məqama fikir vermisiniz?
- Qısa deyim ki, rəqib çox heç-heçə edib. Bu da onların güclü müdafiə xəttindən xəbər verir. Həm qol buraxmamaq, həm də qol vurmaq gücləri var. Bütün bunları nəzərə almışıq.
- Qrupdan çıxmaq üçün neçə xal bəs edir?
- Neçə xal bəs edəcəyini bilmirəm, amma indiki xalımız qrupdan çıxmağa bəs etmir. İnsana xəyallar mane olur. Şanslarımızdan maksimum istifadə etməliyik. Xəyallarla yaşasaq, uduzarıq. Düzgün işləsək, nəticə də olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Hidayət Heydərov: “Sanki Azərbaycanda güləşirdim”
- Nazir dünya çempionu olan idmançımızı belə təbrik etdi
- Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- Hidayət tarix yazdı - Dünya çempionu! - FOTO
- Corcina Ronaldo ilə yataqdan fotosunu paylaşdı - FOTO
- “Beşiktaş”ın futbolçusuna silahlı hücum edildi
XƏBƏR LENTİ
- "Kızılcık Şerbeti"nin aktrisası barədə qərar verildi - FOTO
- "Sənət bazar deyil, özünə qiymət qoyasan"
- Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
- Hansı çaylar arıqlamağa kömək edir?
- Evlilik təklifnin 3 orijinal yolu: Cavabında mütləq "bəli" eşidəcəksiniz
- İbrahim Rəisinin meyiti bu üzükdən tanınıb - VİDEO
- Məşhur cütlük boşanma şayiələrindən sonra BİR YERDƏ
- Rəisinin helikopterini azərbaycanlılar tapıb – VİDEO
- Günün qoroskopu: Baş verənləri dramatikləşdirməyə dəyməz
- Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- "Gəncləşən muğam" layihəsi Gəncədə - FOTOlar
- Hidayət Heydərov: “Sanki Azərbaycanda güləşirdim”
- Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı
- Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ
- "Kann"a qatılan türk aktrisaların geyimləri bəyənilmədi: "Yarıçılpaqdırlar" - VİDEO
- Nazir dünya çempionu olan idmançımızı belə təbrik etdi
- ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
- Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir
- Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək
- Kredit götürən ölürsə, varisi bu halda borcu qaytarmır
- Rəisi nə vaxt və hansı şəhərdə dəfn olunacaq?
- Orqanizmə faydalı 5 balıq növü
- Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş Plenum keçirilib - FOTOlar