İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbolumuzun "ən"ləri - Asim Xudiyev: "Yunis Hüseynov mahnı oxuyanda..."
22 Noyabr 2014 16:58
0 Şərh
Baxış: 2 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, apasport.az saytı daha bir rubrikaya start verib. Bu rubrikada tanınmış futbol adamlarının "ənlər"ini sizə təqdim edəcəyik. İlk qonağımız "Neftçi"nin veteran futbolçusu, Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyevdir.
- Ən gözəl oyununuz...
- "Neftçi"də ev oyunlarının əksəriyyətində qələbə qazanırdıq. Yadda qalan bir neçə oyun var. Onlardan biri 1982-ci ildə Moskva "Spartak"ı ilə oyun idi. Həmin matçda öz meydanımızda 4:3 hesablı qələbə qazanmışdıq. Moskvada məşqçilər məktəbinin seminarlarında həmin görüşü nümunə kimi göstərmişdilər.
- Ən çox sevindiyiniz və üzüldüyünüz oyun...
- Qalib gəldiyimiz hər bir oyundan sonra çox sevinirdik. Dostlarımızla, ailəmizlə bunu qeyd edirdik. Amma Tiflisin "Dinamo" və Yerevanın "Ararat" klubu üzərində Bakıda qazandığımız qələbənin önəmi daha böyük idi. Həmin vaxt 2-3 gün bunu bayram kimi qeyd etmişdik.
- Tanıdığınız ən yaxşı futbolçu...
- Azərbaycan futbol tarixində bir neçə ulduz futbolçu olub. O futbolçuları həm görmək, həm də onlarla çiyin-çiyinə oynamaq, məşq etmək imkanım olub. Anatoli Banişevskinin yeri ayrıdır. 1977-ci ildə "Neftçi"yə dəvət olunduqdan sonra iki il onunla birlikdə oynamaq imkanım oldu. Həmçinin İsgəndər Cavadov da möhürünü qoymuş futbolçulardan olub.
- Ən yaxşı məşqçi...
- Əhməd Ələsgərov. Gənclərə yaxşı motivasiya verməyi bacarırdı, komandanı oyunlara yaxşı kökləyirdi. Ağasəlim Mircavadov və Ruslan Abdullayevi də qeyd etmək istəyirəm. Həmçinin əvəzedici heyətin baş məşqçisi Anatoli Qryaznı da çox savadlı idi.
- Ən zəif məşqçi...
- 1979-cu ildə "Neftçi"yə gələn İqor Netto. Bu adam Azərbaycan futboluna lazımsız məşqçi idi. Ondan başqa 1985-87-ci illərdə "Neftçi"yə gələn bir neçə əcnəbi məşqçi də bizim futbola layiq deyildi.
- Ən zəif futbolçu...
- "Neftçi"nin formasını geyinən futbolçular hazır oyunçular olub. Kimsə digərlərindən bir az güclü ola bilərdi. Amma komandada olan hər bir kəs bu formanı geyinməyə layiq idi.
- Ən zarafatcıl futbolçu...
- Maşallah Əhmədov. Onunla dostluğumuz indiyə kimi davam edir. Məşqlərdən əvvəl, sonra hansısa bir tədbirdə onsuz vaxtımız ağır keçirdi. Kollektivi özünə cəlb etməyi bacarırdı.
- Ən qaraqabaq futbolçu...
- Mərhum futbolçu Rəşid Özbəyov. Çox ünsiyyət qurmazdı, təmkinli idi, zarafatı sevməzdi.
- Ən yaxşı və ən pis səsi olan...
- Yunis Hüseynovun mahnı oxuyarkən yaxşı səsi olduğunu bilirəm. Digərləri buna cəhd etmirdilər. Ümumiyyətlə, bizim dövrün oyunçuları poeziya ilə, ədəbiyyatla maraqlanırdılar. Dünyada baş verən hadisələri qəzetlər vasitəsilə öyrənirdik. Hər səhər məşqə gedəndə qəzet alardıq. Bizim nəsil təhsilə böyük önəm verərdi. Şəxsən mən iki universitet bitirmişəm.
- Ən yaxşı geyinən futbolçu...
- Bizim futbolçuların əksəriyyəti gündəlik dəblə ayaqlaşırdı. İstər Bakıda, istərsə də səfərdə olarkən vaxt tapan kimi alış-veriş mərkəzlərinə gedirdik. Təbii ki, geyiminə xüsusi diqqət yetirənlər də var idi. Bunlar Rəşid Özbəyov və İsgəndər Cavadov idi.
- Ən çox bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətiniz...
- İnsanlarla ünsiyyət qura bilirəm və bu xüsusiyyətimi xoşlayıram. Tanıdım-tanımadım hər kəsə inanmağım isə bəyənmədiyim xüsusiyyətimdir.
- Başınıza gələn ən yaddaqalan hadisə...
- Bir dəfə Moskvadakı Domodedovo hava limanında yanğına düşmüşdük. Moskvadan Vilnüsə uçmalı idik. İki reys arasında 5-6 saat vaxt var idi. Bizi bir zala aparmışdılar ki, həmin 5-6 saatı orada dincələk. Gecə idi, uşaqların da çoxu yatmışdı, hər tərəfi tüstü bürümüşdü. Amma yanğınsöndürənlərin köməkliyi ilə oranı tərk edə bildik. Aşağı düşəndə gördük ki, hava limanının qarşısında ən azı 30 yanğınsöndürən maşın var.
- Bakını digər şəhərlərdən fərqləndirən ən böyük cəhət...
- Bakının yeri ayrıdır. Biz xaricə yollananda bura üçün çox darıxırdıq, tez qayıtmaq istəyirdik. Dənizkənarı parkı, istiqanlı insanlarımız xüsusidir. Bakının yeganə oxşarı İtaliyanın Neapol şəhəridir. Onları qardaş şəhərlər adlandırmaq olar. 1977-ci ildə komanda ilə bir həftəlik Neapola getmişdik. Dedilər ki, burada da dağüstü park var. Dağüstü parka çıxdıqdan sonra bizim dənizkənarı parkın eynisini gördük. Bir anlıq elə bildik ki, Bakıdayıq.
- Hobbiniz...
- Ancaq futbol.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar