İdman

"Milan"ın yeni transfer hədəfi

26 Avqust 2014 16:56
0 Şərh     Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Milan" klubu "Liverpul"a transfer olunan Mario Balotelliyə əvəzləyici tapıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisi "Çelsi"nin hücumçusu Fernando Torresi transfer etməyi planlaşdırır.
 

İtaliya klubu Torresi icarəyə götürmək niyyətindədir. Dieqo Kostanın transferindən sonra əsas heyətdən kənarda qalan ispaniyalı forvardın da "Çelsi"dən ayrılmaq istədiyi bildirilir. "Milan"ın vitse-prezidenti təcrübəli futbolçu ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq əldə olunarsa, Torres yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Torres ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 41 oyunda 11 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.