İdman

"Bizim Messi, Neymar kimi futbolçularımız yoxdur, amma..."

5 İyul 2014 18:44
2 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniya millisinin hücumçusu Lukaş Podolski "DÇ-2014"ün yarımfinalında qarşılaşacaqları Braziliya ilə oyunöncəsi maraqlı açıqlamalar verib.

Qol.az-ın məlumatına görə, "goal.com"a danışan polşa əsilli futbolçu komandasının bu görüşdə yalnız qələbəyə oynayacağını bildirib:

"Bəli, bizim Messi və Neymar kimi futbolçularımız yoxdur. Ancaq əla komandamız var. Burada hər kəs öz üzərində çalışır. Dünyanın ən yaxşısı olmaq üçün mütləq çempion olmalısan. Əgər yarımfinalda uduzsaq, o zaman komandamızı ən yaxşı hesab etmək olmaz. Bu görüşdə yalnız qələbəyə oynayacağıq.

Əlbəttə, Braziliyada bu ölkənin yığmasına qarşı oynamaq xüsusi önəm daşıyır. Bu bütün dünya üçün böyük oyun olacaq. Cənubi Amerikada çempionluq yaşayan ilk Avropa ölkəsi olmaq istəyirik. Ancaq bu, elə də asan olmayacaq. Çünki Avropa yığmalarının əksəriyyəti mundialda mübarizəni dayandırıb. Ancaq biz güclüyük və mübarizəni davam etdiririk".

Qeyd edək ki, Braziliya - Almaniya oyunu iyulun 8-də, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Milli.Az

DÇ-2014-ün bütün xəbərləri burada.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.