İdman

"Atletiko" "pivəçilər"in oyunçusunu gözaltı etdi

5 İyul 2014 12:48
0 Şərh     Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Atletiko Madrid" bir qədər öncə "Çelsi"yə keçən Dieqo Kostaya əvəz tapıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, madridlilər "Bavariya"nın hücumçusu Mario Mancukiçi almaq istəyirlər.
 
"Marca"nın yazdığına görə, transfer 18 milyon avroya başa gələ bilər. "Atletiko"nun "Mançester Siti"nin oyunçusu Alvaro Neqredonu almaq fikrindən vaz keçdiyi də qeyd olunur.
 
Mancukiçin "Bavariya"nı tərk edəcəyi ötən mövsümün sonunda bəlli olub. Xorvatiyalı oyunçu özü də məlumatı təsdiqləyib. Mancukiçi "Mançester Yunayted", "Arsenal" kimi klublar da istəyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.