Azərbaycanlı çapar Camal Rəhimov beynəlxalq arenada uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Rəhimov Fransanın Lion şəhərində keçirilən konkur üzrə Dünya Kubokunun finalına çıxıb. Dünya Kubokunun finalında il ərzində müxtəlif turnirlərdə xal toplayaraq kvalifikasiyanı keçə bilən çaparlar iştirak edirlər.
Camal Rəhimov son dərəcə güclü və uğurlu çaparlarla mübarizə aparır. Onların arasında şəxsi konkurda Olimpiya çempionu, isveçrəli Stiv Qerda, Fransanı təmsil edən Avropa çempionu Kevin Staut, dünya reytinqinin lideri, ingiltərəli Skott Braş və digərləri var. Ümumilikdə isə yarışda dünyanın 20 ölkəsindən 41 idmançı çıxış edir. Ən çox idmançını ABŞ (11), Almaniya (5) və Fransa (3) göndərib.
"Warrior" ləqəbli atı ilə çıxış edən Camal Rəhimov Dünya Kubokunun ilk günündə məsafəni itkisiz keçib. İkinci gün isə bir maneəni yıxan çaparımız, kiçik uğursuzluğa baxmayaraq final hissəsində çıxış etmək hüququ qazanan 30 idmançı sırasına daxil ola bilib. Camalın çıxışı mütəxəssislər tərəfindən qeyd olunub və onlar Azərbaycan təmsilçisinin ən gənc iştirakçı olduğunu bildiriblər. Dünya Kubokunun aparıcısı idmançıları təqdim edən zaman Azərbaycan təmsilçinin debüt etdiyini vurğulamağı unutmayıb.
Dünya Kubokunun final hissəsi sabah keçiriləcək. Rəhimov hazırda 24-cü yerdədir. Onu da qeyd edək ki, final mərhələsinə keçmiş SSRİ-dən cəmi 2 idmançı vəsiqə qazanıb. Bunlar Azərbaycan və Latviya təmsilçiləridir.
Milli.Az
İdman
Azərbaycanlı çapar Dünya Kubokunun finalına vəsiqə qazanıb
21 Aprel 2014 09:17
0 Şərh
Baxış: 400
DİGƏR XƏBƏRLƏR
- Hidayət Heydərov: “Sanki Azərbaycanda güləşirdim”
- Nazir dünya çempionu olan idmançımızı belə təbrik etdi
- Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- Hidayət tarix yazdı - Dünya çempionu! - FOTO
- Corcina Ronaldo ilə yataqdan fotosunu paylaşdı - FOTO
- “Beşiktaş”ın futbolçusuna silahlı hücum edildi
XƏBƏR LENTİ
- "Kızılcık Şerbeti"nin aktrisası barədə qərar verildi - FOTO
- "Sənət bazar deyil, özünə qiymət qoyasan"
- Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
- Hansı çaylar arıqlamağa kömək edir?
- Evlilik təklifnin 3 orijinal yolu: Cavabında mütləq "bəli" eşidəcəksiniz
- İbrahim Rəisinin meyiti bu üzükdən tanınıb - VİDEO
- Məşhur cütlük boşanma şayiələrindən sonra BİR YERDƏ
- Rəisinin helikopterini azərbaycanlılar tapıb – VİDEO
- Günün qoroskopu: Baş verənləri dramatikləşdirməyə dəyməz
- Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- "Gəncləşən muğam" layihəsi Gəncədə - FOTOlar
- Hidayət Heydərov: “Sanki Azərbaycanda güləşirdim”
- Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı
- Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ
- "Kann"a qatılan türk aktrisaların geyimləri bəyənilmədi: "Yarıçılpaqdırlar" - VİDEO
- Nazir dünya çempionu olan idmançımızı belə təbrik etdi
- ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
- Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir
- Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək
- Kredit götürən ölürsə, varisi bu halda borcu qaytarmır
- Rəisi nə vaxt və hansı şəhərdə dəfn olunacaq?
- Orqanizmə faydalı 5 balıq növü
- Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş Plenum keçirilib - FOTOlar