İdman

"Qalatasaray" Con Terrini gözaltı edib

18 Aprel 2014 13:45
3 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mövsümün sonunda müqaviləsi bitən "Çelsi"nin əfsanəvi kapitanı Con Terri həftədə 150 min funt qazanır.

Milli.Az fanatik.com-a istinadən xəbər verir ki, Mourinyo "Çelsi"yə gəldikdən sonra çox uğurlu bir mövsüm keçirən Terrinin mövsümün sonunda necə bir qərar verəcəyi hamı tərəfindən maraqla gözlənilir. Terrini heyətinə qatmaq üçün bir çox klub mübarizə apara bilər. "Qalatasaray" da bu klublar arasındadır. Təcrübəli müdafiəçi son iki mövsümdür futbolu buraxdıqdan sonra məşqçilik etmək üçün hazırlıqlar aparır. O, diplom almaq üçün bir neçə təcrübə keçib.

"Pro Licence" almağı üçün bir il daha bu işləri davam etdirməsi lazımdır. Terri belə olduqda İngiltərə xaricindən gələn bir təklifə "hə" desə, onu hazırlaşdıran mütəxəssisləri həmin ölkəyə dəvət edərək bu diplomu ala bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.